Bərəkətli Azərbaycan torpağı geniş inkişaf imkanları yaradır. Bacarıqlı işçi qüvvəsi və səmərəli idarəetmə mexanizminə həvalə edilmiş resurslar indiki və gələcək nəsillərin rifahını təmin edir. Bizim missiyamız yerli biznes və müəssisələrin qlobal təcrübə mübadiləsinə dəstək verməkdir.

Dr. Zamin Hüseynov
Təsisçi

Bizi fərqləndirən nədir?

Biz sizin arzu etdiyiniz nəticəni təmin edəcək xidmətlərin geniş çeşidini təklif edirik. Biz təkcə parlaq zəkaya deyil, həm də real təcrübəyə və səriştəyə üstünlük veririk. Son 10 il ərzində biz düzgün və etibarlı nəticələr təqdim edərək dəfələrlə öz üstünlüklərimizi sübut etmişik.

Təcrübə
    ABAK-Az CROWE Ltd.-nın bütün professionalları audit və məsləhətlər sahəsində yüksək səriştəsi və təcrübəsi olan şəxslərdir. Bizim komandamızın müştərilər üçün düzgün qərarları əsaslandırmaq təcrübəsi, bacarığı və perspektivi var.

Qlobal ixtisaslaşma
   Crowe Horwath International şəbəkəsinin strukturu qlobal, regional və yerli səviyyələrdə fəaliyyət göstərən firmalara dəstək üçün nəzərdə tutulmuşdur. Qlobal ixtisaslaşma bizim ekspertlərə hər bir xidmət çərçivəsində şəbəkənin lideri və ya məsləhətçisi kimi fəaliyyət göstərməyə imkan verir. Qlobal ixtisas qrupları aşağıdakılardır:

  • Mühasibat və Audit
  • Qlobal korporativ məsləhətçilər
  • Beynəlxalq vergi
  • Risklərin idarə edilməsi üzrə məsləhətlər

Geniş xidmətlər çeşidi
    Biz əmlak, sığorta, maliyyə bazarları və s. sahələrdə fəaliyyət göstərən şirkətlərə geniş xidmətlər təklif edirik.Yüksək səviyyəli xidmətlər sayəsində biz bütün müştərilərimizlə uzunmüddətli biznes əlaqələri qurmağa nail oluruq.

Etibar
     İlk andan müştərilərimiz bizimlə öz problemlərini, tələblərini və ehtiyaclarını bölüşürlər. Onların problemi bizim problemimizə çevrilir. Biz də onlar kimi eyni həssaslıqla problemlərin həlli yolunu tapmağa çalışırıq. Bu da müştərilərimizin bizi seçməsinin əsas səbəbidir: onlar bizə inanırlar.

ABAK-Az CROWE Ltd., Bakı,
AZ 1023, Salyan şossesi,
2, bina 2, mənzil 19-20.

Tel:  +994(12) 492 78 56          +994(12) 437 41 47
Fax: +994(12) 437 41 26
E-mail: abak@crowe.az
Web: www.crowe.az